“Kristal AA İnşaat” MTK barəsində cərimə protokolu yazılıb.
araztv.com Pravda.az-a istinadən bildirir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclası oktyabrın 10-na təyin edilib.
Qeyd: “Kristal AA İnşaat” şirkəti Abşeron rayonu ərazisində ağacı qanunsuz kəsib.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.