Çin PUA-ların köməyilə yağıntıları süni şəkildə artırdı

pua3Çin “Wing Loong – 1H” adlı mülki pilotsuz uçuş aparatının köməyi ilə Çinxay-Tibet yaylası üzərində yağıntıların süni şəkildə artırılması əməliyyatını keçirib.

araztv.com  bildirir ki, bu barədə bazar günü Çin Aviasiya Sənayesi Korporasiyası məlumat yayıb.

Məlumata görə, əməliyyat təxminən beş saat davam edib. Nəticədə çinli mütəxəssislər 15 min kvadrat kilometrə qədər ərazidə “bulud toxumu” prosedurunu həyata keçirə biliblər

PUA-lar bulud topasını aşkar etmək, onların xarakteristikalarını və strukturunu öyrənmək, həmçinin yağıntıların miqdarını artırmaq üçün xüsusi avadanlıqla təchiz edilib.

Bu əməliyyat Çin Meteorologiya İdarəsi, Çin Aviasiya Sənayesi Korporasiyası və bir sıra digər ixtisaslaşdırılmış elmi qurumlar tərəfindən birgə hazırlanıb.

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir