Azadə Balayeva vəzifəsindən azad edildi

ameaAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.

araztv.com xəbər verir ki, bu barədə Report-a onun özü məlumat verib.

A.Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.

Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir