“Ermənistanın bu yazıq nümayəndəsi BMT kürsüsündən Əliyevdən sülh və xəritə diləyir” – Tevanyan

pasinyan“Sülh” partiyası müharibə, məğlubiyyət, itkilər, ölümlər gətirdi.

araztv.com  Konkret.az-a istinadən bildirir ki, Bunu “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

“Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı idi. Qarabağ da öz növbəsində Ermənistanın təhlükəsizliyinin qarantı idi.

Bu qətnaməni nəinki ictimaiyyətimizin bir hissəsi, həm də siyasi elita adlanan təbəqənin böyük bir hissəsi başa düşmədi.

“Qarabağdan xilas olaq və yaxşı, dinc həyat yaşayaq” sözdə sülh partiyasının illər boyu əsas şüarına çevrildi. Həmin şüarın davamçıları özlərini mütərəqqi, ultrapraqmatik mütəfəkkirlər elan edirdilər, təhlükəsizlik sistemlərindən danışanlara isə “proqressivlər” mürtəce, irrasionalist, fanatik millətçi, “müharibə” partiyasının nümayəndələri damğası vururdular. Ona görə də bu günə gəlib çatmışıq.

“Sülh” partiyası müharibə, məğlubiyyət, itkilər, ölümlər gətirdi.

İndi hamı görürmü ki, bəzi insanlar İrəvanın mərkəzində qəhvə içərək, üzlərində şirin ifadə ilə Qarabağın təslim olması müqabilində yaxşı yaşamaq ideyalarını müzakirə edirdilər. Çünki “Arsax” mövcud idi və birbaşa Ermənistana qarşı hücumu saxlayırdı.

Biz o həddə çatmışıq ki, “Sülh dövrünün” pioneri, Ermənistanın bu yazıq nümayəndəsi BMT kürsüsündən Əliyevdən sülh və xəritə diləyir”, – deyə o yazıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir