“Araz” qəzetinin 16 yaşı tamam oldu

2022 09 15 559548 araz

MÜŞFİQƏ

Bu gün Britaniyada azərbaycan dilində çıxmış ilk qəzetin 16 yaşı tamam olur. “Araz”ın ilk sayı 15 sentyabr 2006-cı ildə Londonda çapdan çıxıb. Qəzet Britaniyada yaşayan və təhsil alan bir qrup azərbaycanlı gəncin səyləri və ilk universal musiqi məktəbi “All Talents Music School” şirkətinin dəstəyi ilə fəaliyyətə başlayıb. İlkin olaraq ayda bir dəfə 24 səhifədən ibarət olmaqla 5 min nüsxədə nəşr edilib.

973443 araz2

Qəzetin təsisçi redaktoru isə Vüsal Həmzəyevdir. V.Həmzəyev bildirib ki, təsisçi kimi bu tarix onun həyatının ən unudulmaz günlərindən biridir. Onun sözlərinə görə, müxtəlif ölkələrdəki Azərbaycan icmalarının yaşamı və fəaliyyəti, Azərbaycan Respublikası və Güney Azərbaycanda baş verən mühüm hadisələr barədə məqalələrin dərc edildiyi aylıq qəzetdə “Qonaq” (İngiltərədə yaşayan azərbaycanlı ailələrlə söhbət), “Səyahət”, “Əcnəbi ailə” rubrikaları maraq doğurub. Qəzet Londondakı Azərbaycan və türk icmalarının sevimli mətbuat orqanına çevrilməyi bacarıb.

Hazırda internet üzərindən fəaliyyətini davam etdirən “Araz” Avropa və dünyanın digər bölgələrində yaşayan azərbaycanlıların fəaliyyəti və xaricdə Azərbaycanla bağlı təşkil edilən tədbirləri işıqlandırılır, mühacirətdəki azərbaycanlılarla müsahibələr hazırlanır, xarici medianın Azərbaycanla bağlı dərc etdiyi məqalələr azərbaycan dilində oxucuya təqdim edilir. Eləcə də Londondakı Azərbaycan məktəbindəki yeniliklər, buradakı Azərbaycan Evində keçirilmiş Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı tədbirlər geniş işıqlandırılır.

Lakin “Araz” Böyük Britaniyada çıxan yeganə Azərbaycan dilli qəzet deyil. Belə ki, 2008-ci ildən Londondakı Odlar Yurdu Cəmiyyətinin təsisçiliyi ilə eyni adlı qəzet nəşrə başladı. Eləcə də 2013-cü ildə azərbaycanlı tələbələr üçün “Birlik” qəzeti fəaliyyət göstərdi. Cəmi 3 nömrəsi işıq üzü gördü.

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir