“Nar” Ağdam və Füzuli məktəblərinə səfər edib – FOTO

6323302f08c676323302f08c6816632504786323302f08c646323302f08c66 1“Nar” 2-ci Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlar zamanı zərərçəkmiş məktəblərə dəstək məqsədilə birinci sinif şagirdlərinin görüşünə gedib.

Şirkətdən araztv.com-a verilən məlumata görə, Füzuli və Ağdamda ümumilikdə beş tam orta məktəb olmaqla, “birinci”lərə mobil operator tərəfindən bütün dərs ləvazimatları hədiyyə edilib.

“Nar” artıq bir neçə ildir ki, korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində təhsil alan şagirdlərin məktəb həyatına ilk addımlarını dəstəkləyir. Məqsəd bölgələrdə təhsil alan şagirdlərin ailələrinə dəstək olmaq və şagirdlərə dərslərində daha da uğurlu olmaları üçün stimul verməkdir.

“Nar”ın KSM strategiyası çərçivəsində həyata keçirdiyi digər layihələri ilə www.nar.az/projects/ səhifəsindən tanış ola bilərsiniz.

araz.ax xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir