
Bu barədə, qurumdan araztv.com-a verilən məlumatda bildirilir ki, sentyabrın 12-də Umud Mirzəyev növbəti ziyafətdə iştirak edib. O, “Nyu-York Times”ın redaksiyasının qonağı olub.
Bu barədə, fondun prezidenti Facebook sosial şəbəkəsində də paylaşım edib. U. Mirzəyev görüşdən olan maraqlı təəsürratlarını izləyiciləri ilə bölüşüb.

Məlumata görə, “Ziyafət Nyu-Yorkun göydələnlərindən biri olan qəzetin 52 mərtəbəli redaksiyasının 15-ci mərtəbəsində təşkil edilib: “Səmimi bir ortamda bizi qarşılayan “The New York Times “ın Baş redaktor müavini, xanım Rebecca Blumensteininin və BMİ-nin nümayəndəsi, köhnə dostumuz, xanım Marta Marty Steffens ziyafət iştiracılarını salamladıqdan sonra, maraqlı və yaddaqalan müzakirələrimiz oldu”.

Qeyd edək ki, Umud Mirzəyev sentyabrın 15-ə qədər davam edəcək ABŞ səfəri zamanı bir sıra rəsmi görüşlərdə iştirak edəcək.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.