Razılaşmaya baxmayaraq, Ermənistan atəşkəsi pozur – YENİLƏNİB

fec90337 5f4d 3284 8b36 d7f1bda09c87 850 1Təəssüf ki, əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan ərazisindən təxribatlar və atəşlər davam edir. 

araztv.com  xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

“Maraqlıdır, Paşinyan nəyə ümid edir? Adamda belə bir fikir yaranır ki, o, ya 2020-ci ildə olduğu kimi, KTMT-ni münaqişəyə cəlb etməyə, ya da bundan sonra da ondan çıxmaq üçün bu təşkilatı nüfuzdan salmağa çalışır. İstənilən halda bundan erməni xalqı əziyyət çəkəcək”, – nəşr vurğulayıb.

09:50

Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

araztv.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin dünənki növbəti təxribatından sonra Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi məhv edilib.

Nəşrin məlumatına görə, bu gün saat 9:00-dan başlayaraq Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub.

“Ermənistanın bu razılaşmaya necə riayət edəcəyini müşahidə edəcəyik. İrəvanın keçmişdə çoxsaylı təxribatları və əldə etdiyi razılaşmaları pozması fonunda şanslar çox kövrəkdir”, – “Caliber” vurğulayıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir