Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib

fec90337 5f4d 3284 8b36 d7f1bda09c87 850Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

araztv.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin dünənki növbəti təxribatından sonra Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi məhv edilib.

Nəşrin məlumatına görə, bu gün saat 9:00-dan başlayaraq Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub.

“Ermənistanın bu razılaşmaya necə riayət edəcəyini müşahidə edəcəyik. İrəvanın keçmişdə çoxsaylı təxribatları və əldə etdiyi razılaşmaları pozması fonunda şanslar çox kövrəkdir”, – “Caliber” vurğulayıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir