Məşhur fotoqraf Reza Deqati Laçında olub.
araztv.com-ın xəbərinə görə, o, qəbirlərin dağıdıldığını bildirib.
“Onlar (erməniləri nəzərdə tutur-red) qəbirlərin içini qazıyaraq kəllə sümüklərini götürüblər. Çünki azərbaycanlıların ənənələrinə görə qızıl dişləri olan insanlar həmin qızıl dişlərlə də dəfn olunublar. Qarabağ ərazisində qızıl diş axtarıblar. Mən 18 aydır Qarabağda qəbirlərin fotolarını çəkirəm. Bir salamat qəbir belə, qalmayıb. Getməzdən də əvvəl bütün qəbiristanlıqları yandırıblar. Meşələri də, binaları da yandırıblar” – o qeyd edib.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/eOElFWbOdM0′” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araztv.com xəbər portalı.
araz.az xəbər portalı.