Azərbaycan Respublikaçılar Partiyasının sədr müavini Allahyar Süleymanov FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ — BAŞSAĞLIĞI

IMG 20220901 132626 726Azərbaycan Respublikaçılar Partiyasının sədr müavini, bu siyasi partiyanın yaradıcılarından biri olan Allahyar Baxış oğlu Süleymanov faciəvi şəkildə ölüb. Bu barədə, partiya sədri Sübut Əsədov tərəfindən araztv.com-a daxil olan başsağlığı xarakterli məlumatda bildirilir. Qeyd edilir ki, Azərbaycan siyasi arenasında yaxşı tanınan bu səxs avqust ayının 31-də, səhər saat 5 radələrində paytaxt yolunda avtomobilinin vurulması nəticəsində ağır yaralanaraq, haqq dünyasına qovuşub.

           Partiya sədri qəza nəticəsində həyatını itirən Allahyar Süleymanovun ailə üzvlərinə, digər doğma və yaxınlarına partiyanın rəhbərliyi, çoxsaylı üzvləri, eləcə də şəxsən öz adlarından dərin hüznlə başsağlığı verib, bu ağır itkiyə görə, onlara Böyük Allahdan səbr diləyib: “Bir siyasi fəal olaraq, Allahyar Süleymanovun Azərbaycanın ictimai-siyasi həyatında əldə olunan uğurlarda xidmətləri danılmazdır. Onun dünyasını bu tərzdə dəyişməsi, bizim üçün də, olduqca ağır bir itkiyə çevrildi. Bu yoxluqdan kədərli hər kəsə Böyük Allahdan səbr, dünyasını dəyişən bu böyük insana Ulu Tanrıdan rəhmət diləyirik! Qəbri nurla dolsun, məkanı cənnət olsun!”.

           “Araz”Media Qrupunun və araztv.com xəbər portalının əməkdaşları da, partiya sədrinin verdiyi bu başsağlığına qoşulur, mərhum siyasətçiyə Böyük Allahdan rəhmət diləyir, doğma və yaxınlarına səbr diləyib, dərin hüznlə başsağlığı verirlər. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir