Avqustun 1-dən indiyədək Ukrayna taxılının dünya bazarına çatdırılması üçün 103 gəmi yola çıxıb

16616320281509384 1000x669Ukrayna taxılının və digər ərzaq məhsullarının dünya bazarına çatdırılması üçün 103 gəmi yola çıxıb. Onlardan 46-sı Ukrayna limanlarından hərəkət edib. Boş 57 gəmi isə bu ərzaq məhsullarının alınması məqsədilə Ukrayna limanlarına yanaşıb.

araztv.com  AZƏRTAC -a istinadən xəbər veririk, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, Ukrayna taxılının dünya bazarına çatdırılması məqsədilə yaradılan dəhlizin fəaliyyəti maneəsiz davam edir. Avqustun 1-dən indiyədək Ukrayna limanlarından 1 milyon 23 min 286 ton taxıl daşınıb.

Taxıl məhsullarının alınması üçün Ukraynaya gedən gəmilər İstanbulda qurulan Birgə Koordinasiya Mərkəzi tərəfindən ətraflı yoxlanılır.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir