10 saylı yol idarəsinin məsti-xumar rəisi Mübariz Paşayevin iştəkçələri

Screenshot 2022 08 25 082727

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində həyata keçirilən yol infrastrukturu layihələri deyəsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ölkənin başqa bölgələrində olan struktur vahidlərinə, onların rəhbər vəzifəli şəxslərinə olan nəzarətinin azalmasına səbəb olub.

araztv.com  Deryaz.az-a istinadən bildirir ki, nəzarətdən kənarda qalan elə vəzifəli şəxslərdən biri də Qobustan rayon 10 saylı Yol İstismarı İdarəsi MMC-nin rəisi Mübariz Paşayevdi desək, yanılmarıq.

Redaksiyamıza M.Paşayevin öz vəzifəsinin öhdəsindən gələ biməməsi barədə bəzi səhih məlumatlar daxil olmuşdur. Bildirilir ki, 10 saylı Yİİ MMC-nin xidməti ərazisinə aid Lökbatan və Ələt qəsəbələrində qəsəbədaxili yolların əksəriyyətinin kanalizasiya xəttləri yoxdur və çınqıllı, torpaq yollarda yağışlar çuxurlar yaradır. Əsasən qışda özünü sərt şəildə göstərən bu problemə heç quraqlıq yay fəslində də əncam çəkilmir. Yük avtomobilləri də həmin yollardan çətinliklə keçir. Bəzi küçələrdəki asflat örtüyünü isə yerli sakinlər tərəfindən yaxud da ayrı-ayrı imkanlı şəxslərin köməyi ilə çəkildiyini bildirdilər. Qəsəbədaxili yolların bərbad olması nəticəsində ictimai nəqliyyat da qəsəbədaxili yollarda çox əziyyət çəkir. Belə ki, 15-20 dəqiqəlik intervalda işləməli olan avtobuslar bəzən 40 dəqiqə gecikərək gəlir. Bu isə haqlı olaraq sakinlər arasında narazılığa səbəb olur. Hətta, taksilər də işləmək istəmirlər ki, yollar bərbad gündədir.

Həmin məlumatlar sırasında yer alan biri də bundan ibarətdir ki, Paşayev bütün gününü restoranlarda eyş-işrət məclislərində keçirir və hətta Məhərrəm ayının fəzilətli, hüznlü günlərində belə bu zərərli aludəçiliyinə ara verməyib. İnformasiyaya münasibətini bildirməsi üçün qarşı tərəfə tribuna təklif etmək məqsədilə Paşayevə məxsus olduğun heç bir şübhəmiz olmayan telefon nömrəsinə zəng vurub suallarımızı vermək istədik. Birinci dəfə gündüz saat dörd radələrində (iş vaxtı) baş tutan telefon bağlantımızda ona adı ilə müraciət etdiyimizi eşidincə, “bəli” deyə cavab versə də, jurnalist olduğumuzu bilincə özünü dandı, adının guya Qürbət olduğunu, Abşeron rayonunun Atyalı qəsəbəsində Şamaxı yolunun üstündə qapı-pəncərə sexi işlətdiyini dedi. Üstəlik, əlavə etdi ki, icarəyə götürüb işlətdiyi bu obyekt Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılova məxsusdur.

Bu əndrəbadi cavabı eşidincə, təxmin etdik ki, yəqin haqqında deyilənlərə uyğun olaraq içkilidir. Odur ki, bir az vaxt ötürməyə qərar verdik, bəlkə alkoqolun təsiri keçəndən sonra başqa cavab verər. Növbəti zəngimizə həqiqətən başqa cavab verdi. Amma bu dəfə nə Mübariz, nə də Qürbət deyil, Nicat (?) olduğunu dedi. Daha onunla danışmağın faydasız olduğunu, işrət məclisinin hələ davam etdiyini duyduq.

İndi söz AAYDA rəhbərliyinindir. Ümid edirik ki, Agentliyin sədri çox hörmətli cənab Saleh Məmmədov 10 saylı idarənin məsti-xumar rəisi barədə ölçü götürülməsinə göstəriş verəcək.

Həmin səs yazısı redaksiyamızdadır. Etika xatirinə təqdim etmirik.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir