“Qarabağ”ın Macarıstana səfər planı açıqlandı

f9d0afc04b9a34179869caf3800305b5850

UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın səfər planı bəlli olub.

araztv.com  klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.

Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi “Groupama Arena”da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib – 1:1.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir