Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları start götürüb.
araztv.com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” “Ferentsvaroş”la 1:1 oynayıb.
Norveçin “Bodo Qlimt” klubu bundan əvvəlki mərhələdə güclü rəqibi “Malmö”nü keçən “Jalqris”i evdə darmadağın edib.
“Makkabi”(Hayfa) isə Kipr çempionunu üstələyib.
İkinci mərhələdə “Fənərbaxça”nı mübarizədən kənarlaşdıran “Dinamo” bu dəfə “Şturm”dan güclü olub. Serbiya çempionu “Srvena Zvezda” isə “Pünik”i darmadağın edib.
“Qarabağ” – “Ferentsvaroş” 1:1
Qollar: Ovusu Kvabena, 34 – Boli 17
“Bodo Qlimt” – “Jalqris” 5:0
Qollar: Vetlesen 33 (p), Pelleqrino 36, Salvesen 58, Hoybraten 61, Espexord 90+3
“Makkabi” (Hayfa) – “Apollon”(Limassol) 4:0
Qollar: Peybernes 38 (avtoqol), Mohamed 54, 62, Pierrot 79
“Dinamo”(Kiyev) – “Şturm”(Qraz) 1:0
Qol: Karavaev 28
“Srvena Zvezda” – “Pünik” 5:0
Qollar: Bukari 29, 44, Kanqva 33, 70, Mitroviç 77
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.