Daha bir icra hakimiyyətində ŞÜBHƏLİ TENDER – GƏLİŞMƏ

yardimli

Yardımlı Rayon İcra Hakimiyyəti tender qaydalarını pozub.

araztv.com   xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, icra hakimiyyəti rayon ərazisində aparılacaq abadlıq işləri ilə bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi “MİRAY MH” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qalib şirkətlə 78 min 401 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, “MİRAY MH” MMC-nin dövlət büdcəsinə 3 457 manat vergi borcu var.

“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə əsasən, vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir