Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.
araztv.com-ın xəbərinə görə, bununla bağlı Nazirlikdən bildirilib:
“Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.