Qurban Qurbanov: “Bu gün təkcə oyun yox, “Qarabağ”a layiq insanlar gördük”

qurban77“Oyundan və futbolçularımdan çox danışmaq olar. Sadəcə onları bağrıma basıram, hər birini təbrik edirəm”.

araztv.com bildirir ki. bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə keçirilən cavab oyunu barədə danışarkən deyib.

Bakıda 3:2 hesablı qələbədən sonra İsveçrədə rəqibi ilə qollu heç-heçə edən (2:2) Azərbaycan çempionu növbəti mərhələyə yüksəlib.

50 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Bu gün təkcə oyun yox, yaxşı mübarizə, “Qarabağ”a layiq, inamlı insanlar gördük. Meydanda güclü kollektiv var idi”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir