Aİ-də meymunçiçəyinə qarşı peyvənd təsdiqləndi

62db533947c7962db533947c7a165854085762db533947c7562db533947c77

Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı “Imvanex” peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.

araztv.com  xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyinin yaydığı məlumatda bildirilir.

Bu peyvənd 2013-cü ildən Avropa İttifaqında çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilmişdir.

Agentlik “İmvaneks”in insanlarda meymunçiçəyi xəstəliyinin qarşısının alınmasında təsirli olacağını bildirib.

Mütəxəssislərin fikrincə, dərmanın əks təsirləri yüngül və orta dərəcədədir və ondan istifadənin faydası risklərdən daha çoxdur.

Bu tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara lazımi dəyişikliklər ediləcək.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir