Məşhur meyxanaçı ölümdən döndü

mahir5

Məşhur meyxanaçı Mahir Cürətin səhhəti qəfildən pisləşib. Ötən gün qəfildən halı pisləşən söz ustadı ölümdən dönüb.

M.Cürət xəbəri təsdiqləyib:

“Vəziyyətim getdikcə daha da ağırlaşır. Hər iki ayağım tutulub, ayaqlarımı dizdən aşağı yara basıb, yeriyə bilmirəm. Ayaqlarım başımı xarab edib, yaman gündədir. Dünən də az qala ölmüşdüm”.

Qeyd edək ki, Mahir Cürət bir neçə xəstəlikdən, o cümlədən narkotik asılılığından əziyyət çəkir.

Xatırladaq ki, M.Cürət “De, gəlsin!” yarışmasının laureatlarındandır. O,  meyxana aləmində əruzun əsas bilicilərindən hesab edilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir