Mənzil İrəvanda yerləşir
Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanın İrəvanda yerləşən evinə bomba qoyulması barədə xəbər yayılıb.
araztv.com xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Qeyd edilir ki, hazırda Ter-Petrosyanın evinə polis, kinoloqlar və xilasedicilər gəlib.
Ermənistan Polisinin Patrul Xidmətinin İrəvan alayının əməkdaşları sabiq prezidentin evinə daxil olaraq axtarış aparırlar.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.