Azərbaycanda pul köçürmələrində problem yaranıb.
araztv.com-ın xəbərinə görə, bu barədə social şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, kartla heç bir əməliyyat aparmaq mümkün deyil.
Jurnalist Səmayə Məmmədova bununla bağlı paylaşım edib.
“Kartla heç bir alış-veriş etmək və kartdan-karta pul köçürmək olmur. Dükanda və benzin doldurma məntəqəsində əməlli-başlı çaşqınlıq var idi” – S.Məmmədova qeyd edib.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.