Siraqəddin Cabbarov PA-ya çağırılıb? – Köməkçisindən açıqlama

siraqeddin

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov özünü yandıraraq intihar edən Vətən Müharibəsi qazisi Elvin Cəfərovun yas mərasiminə qatıldıqdan sonra rayonu tərk etdiyi iddia olunur. Sosial şəbəkələrdə bildirilib ki, icra başçısı Prezident Administrasiyasına çağırılıb.

araztv.com  Pravda.az-a istinadən bildirir ki, bu barədə   Siraqəddin Cabbarovun köməkçisi Mirzağa Hümbətov deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Cənab başçı hazırda rayondadır. O, bu gün Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə Balakənd kənd sakinlərinin görüşündədir”.

M.Hümbətov qazi Elvin Cəfərovun intiharında icra başçısının günahlandırılması və həbs ediləcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bu, bizə aid olmayan məsələdir, nəsə deyə bilmərik”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir