“Nar” yeniyetmələrin sağlam həyat tərzini seçməsinə dəstək olur

16572899961852653455 1000x669“Nar” sağlam həyat tərzini təbliğ etmək məqsədilə aztəminatlı ailələrdən olan yeniyetmələr üçün boks təlimlərini keçirməyə davam edir.

araztv.com  bildirir ki, builki təlimlərə 15 yeniyetmə qatılıb və mobil operator təlim iştirakçılarına peşəkar məşq üçün zəruri olan boks ləvazimatları bağışlayıb.

Təlimlər “Baku Fight Lab”in Azərbaycana dünya, Avropa və Olimpiya çempionları və mükafatçıları yetişdirmiş təcrübəli məşqçilərinin rəhbərliyi ilə keçirilir. Bu, təlimlərə qatılan yeniyetmələrin qarşısında peşəkar boksçu karyerası qurmaq üçün böyük imkan açır.16572899963381450831 1000x669

Qeyd edilən təlim “Nar” və “Baku Fight Lab” əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təlimlərin başlıca məqsədi aztəminatlı ailələrdən olan yeniyetmələrə dəstək olmaq və yaşadığımız cəmiyyət üçün sağlam ruhlu şəxslər yetişdirməkdir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.16572899963808945523 1000x669

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir