Yaradıcı birliklərin üzvlərinə mənzil verilməsi məsələsi çoxdandır ki, gündəmə gətirilmir. Ötən illərdə bəstəkar, heykəltəraş və yazıçıların evlə təmin olmasına dair tez-tez xəbərlər dolşsa da, son 2 ildə, yəni pandemiya dövründə bircə məlumat belə gözə dəyməyib.
“Yazıçılara uzun illərdir ev verilmir. Sonuncu dəfə 8 il əvvəl belə bir hal olub. Amma yaxın vaxtlarda AYB üzvlərinin mənzillə təmin edilməsi düşünülür”.
araztv.com Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib.
O əlavə edib ki, paytaxtda AYB üçün xüsusi torpaq sahəsi ayrılıb:
“Bakının Binəqədi rayonu ərazisində yazıçılara ev tikilməsi üçün torpaq sahəsi ayrılıb. Bina tikildikdən sonra AYB üzvlərinə yeni mənzillərlin necə və hansı formada təqdim olunması elan ediləcək”.
X. Rza binanın konkret ünvanını və tikintini hansı şirkətin aparacağı barədə əlavə məlumat verməyib.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.