Sabirabadın baş memarı tutulub.
araztv.com Pravda.az-a istinadən xəbər verir ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabirabadın baş memarı vəzifəsində çalışan Qasımov Müşviq Vidadi oğlu saxlanılıb.
O, külli miqdarda rüşvət almaqda və mənimsəmədə şübhəli bilinir.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.