Elçin Qəmbərov 330 minlik dələduzluqda ittiham olunur

elc3

“Atamın həbsindən sonra qeyri-iş günləri olduğundan onunla görüşə bilməmişəm. Özü ilə söhbət etmədən nəsə danışmaq istəmirəm”.

araztv.com-ın xəbərinə görə, bunu Gununsesi.info-ya açıqlamasında bir neçə gün əvvəl həbs edilən vəkil Elçin Qəmbərovun oğlu Əli Qəmbərov söyləyib.

Özünün vəkil olduğunu vurğulayan Əli Qəmbərov atasının hüquqlarını özünün qoruyacağını deyib.

Elçin Qəmbərova dələduzluq ittihamlarına gəlincə, oğlu bu barədə məlumatsız olduğunu deyib.

Elçin Qəmbərovun ayrı-ayrı adamlara ümumilikdə 330 mindən çox zərər vurduğu bəlli olub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir