Şəhid atası vəfat etdi

sehid44Vətən müharibəsi şəhidi Nəcəf Şikarovun atası Şikar Şikarov vəfat edib.

araztv.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ailənin yaxınları bildirilib.

Qeyd edək ki, şəhid kapitan Nəcəf Şikarovun atası Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant Şikarov Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb. Oğlu Nəcəf Şikarov isə 2020-ci ilin noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Şəhidimiz ölümündə sonra “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir