Vergi ödəyicilərinə xəbərdarlıq

vergiBu ilin may ayı üzrə gəlir vergisi (Xüsusi notariuslar üzrə), gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri iyunun 20-dən gec olmayaraq təqdim olunmalıdır.

araztv.com  xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir