Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Emin-a.jpg

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, müğənni Emin Ağalarova “Xalq artisti” fəxri adı verilib.

Tanınmış müğənni Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, Emin Ağalarov iş adamı Araz Ağalarovun oğludur. Musiqi ilə yanaşı o, həmçinin bizneslə məşğuldur. Emin Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir