Kazimirov yenə sərsəmlədi: “Münaqişəsinin həlli kifayət qədər qeyri-müəyyəndir və…”

1655054568 17 10 19 1508393257 1508437588

 
Qarabağ münaqişəsinin həlli perspektivləri kifayət qədər qeyri-müəyyəndir.
 
araztv.com  xəbər verir ki, bunu NEWS.am-a müsahibəsində ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirov deyib.
Onun sözlərinə görə, hər iki tərəfdən müsbət addımlar planlaşdırılır: həm Ermənistandan, həm Azərbaycandan və gələcəkdə çox güman ki, Türkiyə də qoşulacaq.
“Ancaq bunun kimi müsbət cəhətləri o qədər də çox deyil. Amma kifayət qədər mənfi cəhətləri var ki, onlar da Azərbaycandandır. Siz özünüz də bir neçə qanun pozuntusunu bilirsiniz, açıq-aydın Ermənistan ərazisinə, Ermənistan Respublikasının ərazisinə çıxmaq cəhdini və sairəni unutmadınız”, – diplomat vurğulayıb.
Vladimir Kazimirov bununla bağlı əsas fikrini təkrarladı ki, Qarabağ münaqişəsi ilə bağlı istənilən söhbət Azərbaycanın hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyən bir tərəf kimi davranışının pislənməsi ilə başlamalıdır.
 
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir