İlham Əliyev: “Azərbaycan ilə Rusiya arasında münasibətlər xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək”

ilham1

“Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur”.

araztv.com-ın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinə ünvanladığı təbrik məktubunda qeyd olunub.

“Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib. Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın dost xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm” – Prezident İlham Əliyev bildirib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir