Suriyada mina partlayışı nəticəsində 8 nəfər həlak olub, onlarla yaralı var

part6

Suriyanın Deraa əyalətində terrorçular tərəfindən yerləşdirilən minanın partlaması azı 8 mülki şəxsin ölümünə səbəb olub.

araztv.com bildirir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, mina Deyr əl-Adas bölgəsində kənd işçilərinin olduğu yük maşınının keçdiyi yolun kənarında quraşdırılıb.

“Partlayışın qurbanları beş nəfər olub, daha üç nəfər aldığı xəsarətlərdən xəstəxanada ölüb, həkimlər onları xilas edə bilməyib”, – Səhiyyə Departamentinin rəhbəri Əşrəf Barmu bildirib. Onun sözlərinə görə, hadisə zamanı daha 27 nəfər xəsarət alıb, onlardan 17-si xəstəxanaya yerləşdirilib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir