Adil Əliyev Füzuliyə getdi – FOTO

LLLLL

“Azərbaycanda səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti və deputat həmkarım Anar Məmmədovla birlikdə Füzuli şəhərinə səfər etdik. Spikerə və parlamentarilərə Füzuli şəhərində, eləcə də vaxtilə işğal altında qalmış tarixi torpaqlarımızda ermənilər tərəfindən törədilmiş barbarlıq, vandallıq aktları barəsində geniş məlumat verdik”.

araztv.com-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev özü məlumat yayıb.

“Parlamentarilər 30 ilə yaxın müddət ərzində torpaqlarımızda ermənilər tərəfindən həyata keçirilən böyük dağıntıların əyani şahidi oldular. Qonaqların diqqətinə çatdırıldı ki, torpaqlarımız düşmən işğalından azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda geniş abadlıq quruculuq işlərinə başlamış, Füzuli aeroportu, Zəfər yolu, eyni zamanda digər infrastruktur obyektlər qısa müddətdə tikilərək istifadəyə verilib” – parlament sədrinin müavini qeyd edib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir