Səsyazısı yayılan DYP rəisindən AÇIQLAMA

DYP7Xəbər verdiyimiz kimi, ötən gün Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Vasif Bəşirlinin rüşvət yığdığına dair səs yazısı yayılıb.

araztv.com  xəbər verir ki, məsələ ilə bağlı V. Bəşirli “Unikal”a açıqlama verib. O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib: “Bunlar hamısı yalan söhbətlərdir. Ümumiyyətlə, bu, qurama bir işdir. Belə bir şey yoxdur”, – deyə o əlavə edib.

Qeyd edək ki, yayılan səs yazısında polis baş leytenantı V.Bəşirlinin əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi iddia edilirdi.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir