Vaqif Əsədovun xidmət müddəti başa çatdı

vaqif55Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.

araztv.com   Pravda.az-a istinadən bildirir ki,  bu gün V.Əsədovun xidmət müddətinin sonuncu günüdür.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayacağı gözlənilir. Ehtimal edilir ki, o, təqaüdə göndəriləcək.

Əslində isə xidmətdə olmanın son yaş həddi ötən il başa çatmışdı, lakin V.Eyvazovun əmri ilə V.Əsədov 1 il də xidmətdə saxlanılıb.

Qeyd: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir