Azərbaycanda şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirərkən baş örtüyünün açılması tələbi aradan qaldırıla bilər – Deputatdan AÇIQLAMA

1654525930 qadin77“Uzun müddətdir ki, Azərbaycan cəmiyyətində hicablı xanımların şəxsiyyət vəsiqəsi, eləcə də ümumvətəndaş pasportu üçün şəkil çəkdirərkən baş örtüyünü açmağa məcbur olması məsələsi müzakirə edilir və təbii ki, bu bizim dindar vətəndaşlarımız tərəfindən də davamlı və haqlı olaraq qaldırılır. Bu gün bu hal problem olaraq cəmiyyətdə mövcuddur və ona görə də hesab edirəm ki, bu məsələyə mütləq baxılmalı, mövcud maneə isə aradan qaldırılmalıdır. Ümumiyyətlə, belə bir şeyin tətbiq olunması cəmiyyətdəki ümumi münasibətlərə fayda vermir, əksinə bu ayrı seçkilik kimi qəbul edilir və birmənalı olaraq hicablı vətəndaşlarımız tərəfindən narazılıqla qarşılanır. Hətta Milli Məclisin iclaslarının birində bu məsələni qaldırmışam və bildirmişəm ki, biz bu məsələyə baxmalıyıq. Ölkəmizdə “Dini etiqad azadlığı haqqında” qanun var, yəni hər kəs istədiyi dinə etiqad edə bilər. Bunların hər biri ölkəmizin konstitusiyasında da əksini tapıb.”

araztv.com  bildirir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Azərbaycanda şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirərkən baş örtüyünün açılması tələbi aradan qaldırıla bilər – Deputatdan AÇIQLAMA

Deputat bildirib ki, bu gün beynəlxalq sistemə, dünya ölkələrinin təcrübəsinə baxdıqda əksər ölkələrdə identifikasiya sənədləri üçün hicabla şəkil çəkdirməklə bağlı hər hansı bir məhdudiyyət yoxdur: “Ümumiyyətlə, hər hansı bir qərar qəbul edilərkən və bu istiqamətdə addım atılarkən cəmiyyət üçün faydası, münasibətlərə təsiri də ölçülməlidir. Bu baxımdan da düşünürəm ki, bu hal bizim dini durumumuza yalnız mənfi təsir göstərir. Belə ki, bir çox xarici dairələr bundan radikal dini qruplar vasitəsilə Azərbaycan əleyhinə istifadə etməyə çalışır və ölkəmizə qarşı ittiham və iddialar qaldırırlar. Onlar Azərbaycanda dini azadlıqların məhdudlaşdırıldığını bildirirlər. Bu səbəbdən də düşünürəm ki, məsələyə baxılsa, daha yaxşı olar. Əlbəttə, dövlət qurumlarının arqumentləri var, amma mən uzun müddətdir ki, din sahəsində çalışıdığıma və bu prosesləri izlədiyimə görə hesab edirəm ki, cəmiyyətdəki narazılıqları aradan qaldırmaq üçün bu məhdudiyyəti aradan qaldırmalıyıq.”

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir