AXISXA TÜRKLƏRİNİN QƏBULU HAQDA QƏRAR QÜVVƏYƏ MİNDİ – Türkiyədə 1000 ailəyə miqrant statusu verildi / Foto

datubUkrayna başda olmaqla, keçmiş Sovet İttifaqına daxil olan respublikalardakı Axısxa Türkü olan soydaşlarımız arasında Türkiyəyə gəlmək istəyənlərdən və ən çətin vəziyyətdə olanlardan başlayaraq 2022-ci ildə 1000 ailənin miqrant statusunda Türkiyəyə qəbulu haqqında qərar qüvvəyə minib.

araztv.com  bu barədə Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Baş qərargahına istinadən xəbər verir.

Məlumata əsasən, 5676 nömrəli qərar 04 iyun 2022-ci il tarixli və 31856 saylı “Rəsmi Qəzet”də dərc edilib.

Datüb'e Teşekkür - Ahıska Türklerinin Haber Ajansı

“Millətimizin hər zaman qoruyucusu olan, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Xarici İşlər nazirimiz Mövlud Çavuşoğludan, Daxili İşlər nazirimiz Süleyman Soyludan, dövlətimizin qurum və təşkilatlarından, eləcə də Başqanımız Ziyəddin Kassanovdan Allah razı olsun. Bütün bu araşdırmalar onların dövlətimizlə əlaqələndirilmiş fəaliyyətinin nəticəsidir. Əməyi keçən hər kəsə minnətdarıq”, – DATÜB Baş qərargahından bildirilib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir