Zakir Qaralovun şirkəti cərimələndi

zakir13 1

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi” ASC-yə cərimə protokolu yazılıb.

araztv.com Pravda.az-a istinadən bildirir ki,  MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.2-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Məhkəmə iclası iyunun 13-nə təyin edilib.

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir