Deputat: “Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur”

zaqatala3

“Əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər, artıq vəziyyət dəyişib”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat Zaqatala Hava Limanı ilə bağlı olan problemə də toxunub: “Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur. Bu problemin həll olunması üçün hökumətə müraciət edirəm”

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir