“Çelsi”də Abramoviç dövrü rəsmən bitdi

1653593752 celsİngiltərənin “Çelsi” klubunun satılması prosesi rəsmən tamamlanıb və təsdiqlənib.

araztv.com  xəbər verir ki, bu barədə “Companies House” (Böyük Britaniyada Hüquqi Şəxslərin Birləşmiş Dövlət Reyestri) məlumat yayıb. 

London təmsilçisi ABŞ-dan olan Todd Boulinin konsorsiumuna satılıb. 

Böyük Britaniya hökuməti ölkədəki aktivləri dondurulan Roman Abramoviçin klubun satışından heç bir fayda görməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra sövdələşməni təsdiqləyib. Müqavilənin dəyəri 4,25 milyard funt sterlinq (təqribən 5 milyard avro) təşkil edir.

Beləliklə, paytaxt klubunda Abramoviç dövrü sona çatıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir