RUSİYANIN “BİOLOJİ SİLAH” İTTİHAMINA İRƏVANDAN CAVAB! – “Bu laboratoriyalarda yalnız Ermənistan vətəndaşları işləyir…”

 Григорян 0“Ermənistan biolaboratoriyaları beynəlxalq qanunlara və respublikanın maraqlarına uyğun fəaliyyət göstərir, burada yalnız Ermənistan vətəndaşları işləyir”.

araztv.com  xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, bioloji təhlükəsizlik məsələləri həmişə Ermənistan və Rusiyanın təhlükəsizlik şuralarının diqqət mərkəzində olub, İrəvan və Moskva bu istiqamətdə sıx əməkdaşlıq edir:

“Rusiyalı tərəfdaşlarımız tərəfindən verilən bütün suallar tam cavablandırılıb. Ermənistanla Rusiya arasında biotəhlükəsizliklə bağlı memorandum var, bu sənəd həm də əməkdaşlığımızı tənzimləyir”.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Ermənistandakı səfirliyi “respublikada Ukraynada biolayihələrdə iştirak edən strukturların olduğunu” bildirmişdi. Rusiya diplomatik missiyasının bəyanatına görə, biotəhlükəsizliyə dair memorandumun icrası kontekstində Ermənistan və ABŞ arasında bioloji sahədə, o cümlədən hərbi idarələr vasitəsilə qarşılıqlı əlaqəyə dair daxil olan məlumatlarla bağlı suallar qalmaqdadır.

Onu da xatırladaq ki, bundan əvvəl Kreml Azərbaycana qarşı da analoji ittihamlar irəli sürmüş və Bakının bu informasiyanı yalanlayan mövqeyi özünü çox gözlətməmişdi.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir