Nazir Sahil Babayevdən narazılıq artır

1652429924 sahil babayev 1Sahil Babayev

15 deputat spikerin və ya Əli Hüseynlinin rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri ilə görüşəcək.

araztv.com  Reyting.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov qeyd edib ki, sosial sahə ilə bağlı müsbət qanunlara cavab ala bilmirlər:

“Təklifim budur ki, İqtisadi siyasət, əmək və sosial siyasət komitələrinin deputatları nazirliklə görüşsün. Onların da arqumentlərini dinləyək. Nazirlikdən nazir Sahil Babayevin rəhbərliyi ilə gəlsinlər, görüşək. Burada müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir