Cəsarətimiz dünyanı heyran, musiqimiz Avropanı fəth edir! – Zelenski – FOTO

a3b80fb424b98e2cf559e2a5227a26a9Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir! – Zelenski

araztv.com  xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” mahnı müsabiqəsində qalib olması münasibətilə bildirib.

“Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində 3-cü dəfədir. Və inanıram – sonuncu dəfə deyil. Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək.

Azad, dinc, yenidən qurulan! Qələbə üçün “Kalush” Orkestrinə və bizə səs verən hər kəsə təşəkkürlər! Əlbəttə ki, düşmənlə döyüşdə qalib gələn akkordumuz uzaqda deyil. Eşq olsun Ukraynaya!” – Zelenski qeyd edib.

Xatırladaq ki, Ukrayna 631 xalla “Avroviziya 2022”nin qalibi olub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir