Əhməd İsmayılov: “Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir”

1652179360 ehmedismayilovJurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin (MEDİA) nəzarətindədir.

araztv.com  bildirir ki, bunu jurnalistlərə açıqlamasında Agentlik rəhbəri Əhməd İsmayılov deyib.

O bildirib ki, Aytən Məmmədova ilə əlaqə saxlanılıb və bu gün agentliyə dəvət olunub: “Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Hadisəyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir