“Azneft”meydanında Nuri Paşanın at belində heykəli ucaldılsın – FAZİL MUSTAFA

fazilMilli Məclisin deputatı Azərbaycan hökumətinə Nuru Paşaya Bakıda heykəl qoymağı təklif edib.

araztv.com  Gununsesi.info-ya istinadən bildirir ki,  deputat bu fikirlərini Türkiyə hökumətinin Ankarada milli istiqlal şairimiz Əhməd Cavada abidə qoyması ilə əsaslandırıb:

”Ankarada istiqlal şairimiz Əhməd Cavada gözəl bir abidə qoyuldu. Tükiyədən Azərbaycana bir qardaşlıq ərməğanıdır bu. Nə qədər gözəl davranış. İndi növbə bizə düşür. Vaxtı deyilmi buna dəyərli bir qardaşlıq addımı ilə cavab verək? Bakıda “Azneft” Meydanında Azərbaycanın xilaskarı Nuri Paşanın at belində heykəli! Biz Əhməd Cavada sevindiyimiz qədər qardaşlarımız da Türkiyədə sevinərlər. Fəna olmaz, deyilmi? Şuşa Bəyannaməsinin də hər bəndinə tam uyğun”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir