Deputat: Əhməd Cavad türk dünyasının böyük ədiblərindəndir VİDEO

1651829917586751030 1000x669Əhməd Cavad türk dünyasının böyük ədiblərindən biridir. Ötən əsrin əvvəllərində Turançılıq ideologiyasının yaranmasında və yayılmasında böyük şairimizin əhəmiyyətli rolu olub.

araztv.com  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu  Azərbaycan Milli Məclisinin deputatı Əziz Ələkbərli bildirib.

Türkiyənin paytaxtı Ankara şəhərindəki Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın heykəlinin ucaldılmasını tarixi hadisə kimi dəyərləndirən, böyük şairimizin zəngin, mənalı həyat və fəaliyyətindən bəhs edən deputat əminliklə ifadə edib ki, Əhməd Cavad şəxsiyyəti Azərbaycanda olduğu kimi Türkiyədə də hər zaman uca tutulacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması haqqında Sərəncamına uyğun olaraq qardaş Türkiyədə də müxtəlif tədbirlər keçirilməkdədir.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/_Yi3j8vEoZE’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir