
ara.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Etiməsqut Bələdiyəsi və Türk Tarix Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir hər iki ölkənin himnlərinin oxunması ilə başlamışdır.

Anım mərasimində Etiməsqut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl, Azərbaycan Milli Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından, xalqlarımızın qardaşlığından danışmış, Əhməd Cavadın yaradıcılığında əsas yer tutan türkçülük ideyaları, şairin faciəvi həyatı barədə ətraflı məlumat vermişlər.

Çıxışların ardından Əhməd Cavadın həyatına dair qısa film nümayiş etdirilmiş, Ankara Universitetində təhsil alan azərbaycanlı tələbə Elmira Qoca şairin “Türk övladıyam” şeirini səsləndirmişdir.

Anım mərasiminin sonrasında Türk Tarixi Parkında ucaldılmış İstiqlal şairi Əhməd Cavadın abidəsinin açılış tədbiri baş tutmuşdur. Mərasimdə şairin türk milləti qarşısında xidmətləri vurğulanmış və onun xatirəsinin əbədi olaraq xalqlarımızın qəlbində yaşayacağı bildirilmişdir.

Tədbir çərçivəsində səfir Rəşad Məmmədov və millət vəkili Əziz Ələkbərli Türk Tarixi Muzeyi ilə tanış olmuş, Parkda yerləşən Türk otağını ziyarət etmişlər.

araztv.com xəbər portalı.
araz.az xəbər portalı.