Əziz Ələkbərov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir

eziz 1Milli Məclisin deputatı Əziz Ələkbərov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

araztv.com xəbər verir ki, deputatımız burada Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubiley mərasimində  iştirak edəcək. Tədbirdə Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək. Əziz Ələkbərli, həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində olacaq və böyük şairin heykəlinin açılış mərasiminə qatılacaq. 

Səfər mayın 6-da başa çatacaq.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir