Daha bir neçə Rusiya bankı “SWIFT”dən çıxarılır

1651561706 swift logo 270222 3Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel daha bir neçə Rusiya bankının “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacağını bildirib.

Aİ nümayəndəsi bu barədə Latın Amerikası ölkələrinə səfəri zamanı deyib. Diplomat yeni məhdudiyyətlərin hansı kredit təşkilatlarına şamil ediləcəuini açıqlamayıb.

Borrel qeyd edib ki, maliyyə sektorunda daha çox Rusiya bankı “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacaq:

“Bunların hansı banklar olacağını deyə bilmərəm, amma mütləq olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir